Avro və lirə bahalaşır, rubl və lari ucuzlaşır - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan məzənnəsini açıqlayıb. ABŞ dollarının məzənnəsi ötən həftə ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.
Xarici valyutalardan avro və lirə manat qarşısında dəyər qazanıb, rubl və Gürcüstan larisi isə ucuzlaşıb.
Rəsmi məzənnəyə əsasən, 1 avro 1,8335 manat, 100 türk lirəsi isə 49 manat 97 qəpikdir. Rusiya rublunun dəyəri aşağı düşərək hər 1000 rubla 28 manat 20 qəpik təşkil edir. 100 gürcü larisinin bu günə olan rəsmi kursu isə 64 manat 97 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır.