Paytaxtda 17 yaşlı yeniyetmə intihar etdi - MÜƏMMA

Bakıda intihar olub. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Cavadxan küçəsi 22, mənzil 28 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Rəvan Rövşən oğlu Məmmədov özünü binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

 

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli