Rusiyada təyyarə qəzaya uğradı, 30 nəfər öldü

Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb. 

 

APA-nın “Ria-Novosti”-yə istinadən yaydığı məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında "İL-18" markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Qəza nəticəsində 30 nəfər ölüb.

 

Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur.

 

Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov