Salyanda kirayənişinlər dəm qazından zəhərləndi

Salyan rayonunda 2-si qız, 1-i oğlan olmaqla kirayədə yaşayan 3 nəfər dəm qazından zəhərlənib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, onlar huşsuz vəziyyətə xəstəxanaya çatdırılıb.

 

Hadisə Salyan şəhəri Aslan Hüseynov küçəsi ev 65 ünvanında qeydə alınıb. Orada kirayədə yaşayan 3 nəfər dəm qazından zəhərlənib. Gecə saatlarında dəm qazından zəhərlənən Gəncə şəhər sakini, 29 yaşlı Elnur Bağırzadə, Salyan sakini, 25 yaşlı Vəfa Musayeva və Şirvan şəhər sakini, 30 yaşlı Gülər Əliyeva səhər saatlarında Salyan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı