Hava yağmursuz və şaxtalı olacaq

Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə  arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz  0-5 dərəcə şaxta olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd