Makkeyn: "ABŞ Obamanın dövründə dünya liderliyini itirib"

"Birləşmiş Ştatlar Barak Obamanın hakimiyyəti dövründə dünyadakı lider mövqeyini itirib". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri senator Con Makkeyn səsləndirib.

 

Onun fikrincə liderliyin itirilməsi II Dünya müharibəsindən sonra dünyada qurulan sabitlik sisteminin sıradan çıxması ilə nəticələnib.

 

C.Makkeyn fikirlərini Suriyadakı mövcud vəziyyət, ştatlara aid pilotsuz uçan aparatın Çin tərəfindən ələ keçirilməsi, habelə seçkiöncəsi kiberhücumlarla əsaslandırıb.

 

Senator bildirib ki, Barak Obama müxtəlif qlobal çağırışlara adekvat cavab vermək üçün strateji düşüncəyə malik deyil.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov