Lənkəranda pensiya kartı əlindən alınan kişi qapını kilidlədi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Lənkəranda 44 yaşlı kişi bağlı qapı arxasında qalıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsi, bina  78/6, mənzil 64-də qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə olay barədə məlumat daxil olan kimi mərkəzin xüsusi xilasetmə hissəsinin xilasetmə heyəti dərhal hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər beşmərtəbəli binanın beşinci mərtəbəsindən mənzilin eyvan hissəsinə daxil olaraq, xüsusi alət və avadanlıqların köməyi ilə qapını açmağa müvəffəq olublar.

 

İlkin araşdırma zamanı məlum olub ki, ruhi xəstəlikdən əziyyət çəkən mənzilin sahibi Mahir Qasımov təqaüd kartı həyat yoldaşı tərəfindən əlindən alındığı üçün bu addıma əl atıb. Belə ki, qapını içəridən bağlayan kişi kartı ona verməyincə, heç kəsi evə buraxmayacağını bildirib.

 

Zərərsizləşdirilən Mahir Qasımov daha sonra polis əməkdaşlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv