Türkiyədə Rusiya səfirinə sui-qəsd: diplomatı güllələdilər
Ankarada Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub. APA TV-nin məlumatına görə, səfir Andrey Karlov Ankaradakı müasir incəsənət mərkəzində rəsm sərgisinin açılışında silahlı hücuma məruz qalıb. Son məlumata görə, içəridən 15-20 dəfə atəş səsi gəlib. Xüsusi təyinatlılar binanı mühasirəyə alıb.
Səfiri güllələyənin qara kostyumda olduğu bildirilir. Səfir çıxış edərkən naməlum şəxs əvvəlcə havaya atəş açıb, daha sonra səfiri kürəyindən vurub. O, daha sonra zaldakılardan bayıra çıxmağı tələb edib və salon boşaldıqdan sonra Andrey Karlova bir necə dəfə də atəş açıb.
Hücum edən şəxs Hələblə bağlı danışırmış.
Andrey Karlovun ağır yaralandığı bildirilir.