Berlində yük maşını adamları əzdi: 9 nəfər ölüb, 50-dən çox yaralı var
Almaniyanın paytaxtı Berlində terror hadisəsi baş verib. APA TV-nin məlumatına görə, iritonnajlı yük maşını Yeni il yarmarkasında insanların üzərinə sürülüb. İlkin məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, 50-dən çox yaralı var.
Almaniya polisi hadisənin terror aktı olduğunu bildirib.
Hadisənin törədildiyi yük maşınında iki nəfər olub. Polisin məlumatına görə, onlardan biri hadisə yerində ölüb. Avtomobili idarə etdiyi bildirilən ikinci şəxs isə saxlanılıb.
Yük maşınının Polşada qeydiyyata alındığı və yerli şirkətlərdən birinə məxsus olduğu bildirilir.
Berlin polisi şəhər əhalisinə müraciət edərək, sakinləri evlərindən çıxmamağa çağırıb.