Avro ucuzlaşır, rubl bahalaşır - GÜNÜN MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan məzənnəsini açıqlayıb.
APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8229 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1727 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.
Əsas ticarət tərəfdaşlarımızdan Rusiyanın milli valyutası bahalaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1000 rus rublu 28 manat 40 qəpik, 100 türk lirəsi 49 manat 59 qəpik, 100 gürcü larisi isə 62 manat 87 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır.