Putin Ankarada öldürülən səfirlə bağlı təlimat verdi

Rusiya prezidenti Vladimir Putin Ankarada öldürülən səfir Andrey Karlovla bağlı təlimat verib.

 

APA TV-nin məlumatına görə, Xarici İşlər Nazirliyinə verilən təlimatda mərhum səfirə dövlət medalı verilməsi tapşırılıb.

 

Karlov vəzifə başında həyatını itirdiyi üçün dövlət medalına layiq görülüb.

 

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub. Andrey Karlov Müasir İncəsənət Mərkəzində rəsm sərgisinin açılışında silahlı hücuma məruz qalıb. Səfir silahlı hücumdan sonra dünyasını dəyişib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı