Daha bir rus diplomatı ölü tapıldı
Moskvada Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşının meyiti tapılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onun meyiti evində aşkarlanıb.
Pyotr Polşikov Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası ölkələri ilə iş üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Onun başında güllə yarası aşkarlanıb.
Polis hadisə yerindən bir tapança və iki sandıqça tapıb. Hadisə baş verən zaman diplomatın həyat yoldaşının evdə olduğu ehtimal edilir.
Hadisənin qətl və ya intihar olması araşdırılır.