ABŞ və İran Türkiyədəki diplomatik nümayəndəliklərini bağladı
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra ABŞ və İran Türkiyədəki diplomatik nümayəndəliklərini bağlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə ilk açıqlamanı rəsmi Tehran verib.
Açıqlamada İranın Türkiyədəki səfirliyi, eləcə də İstanbul, Ərzurum və Trabzondakı baş konsulluqlarının bağlandığı qeyd olunub.
Eyni zamanda ABŞ da analoji addım atıb. Belə ki, diplomatik kanalların bildirdiyinə görə, bu ölkənin Ankaradakı səfirliyi, habelə İstanbul Baş Konsulluğu və Adanadakı konsulluq idarələri bu gün fəaliyyət göstərməyəcək.