Tovuzda 29 yaşlı qadın dəm qazından zəhərləndi
Tovuz sakini dəm qazından zəhərlənib. APA TV-nin qərb bürosunun məlumatına görə, Nəriman Nərimanov küçəsində yaşayan 29 yaşlı Arzu Vəliyevanın hamam otağında qəfil halı pisləşib.
Qadın yaxınlarının köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.