Mərkəzi Bank dolların məzənnəsini artırdı

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

 

Azərbaycan Mərkəzi Bankıdan APA TV-yə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7525 məzənnəsi ilə başlayıb və 1,7570 məzənnəsi ilə yekunlaşıb. Beləliklə, AMB dekabrın 21-ə dolların məzənnəsini bu günlə müqayisədə artıraraq 1,7570 səviyyəsində müəyyənləşdirəcək.

 

Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,7525 səviyyəsində müəyyən olunub.

Müəllif | Apa.Tv
Ayşən Əhməd