Sərxoş sürücünün sürdüyü maşın avtobusa çırpıldı: 16 YARALI

Siyəzən rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Minik maşınının avtobusla toqquşması nəticəsində 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Ariz Ağamaliyevin idarə etdiyi “Mersedes” markalı avtomobillə Elmar Ağayevin idarə etdiyi “KVZ” markalı avtobus toqquşub. Qəzada xəsarət alan 16 nəfər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi yardımdan sonar 13 nəfər  ambulator müalicə üçün evə buraxılıb. 3 nəfər, Siyəzən rayon sakinləri - 42 yaşlı Leyla Məmmədzadə, 51 yaşlı Aynişə Quliyeva və 34 yaşlı Kifayət Yolçuyevanın aldığı xəsarətlər ağır olduğundan onlar müalicələrini tibb müəssisəsində davam etdirilməsi qərara alınıb. Kifayət Yolçuyevanın vəziyyəti ağırlaşdığından o, patyaxda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Qəza zamanı “Mersedes”in sürücüsünün sərxoş olduğu bildirilir.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan