Rusiyadan Türkiyəyə istintaq qrupu gedir
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlini Türkiyə və Rusiyadan olan mütəxəssislər birgə araşdıracaq. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu məqsədlə 18 nəfərdən ibarət istintaq qrupu Türkiyəyə ezam olunub.
Sözü gedən qrupa Rusiya İstintaq Komitəsi, Xarici İşlər Nazirliyinin əməkdaşları daxildir.
Qeyd edək ki, birgə istintaq qrupunun yaradılması barədə razılaşma Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı zamanı əldə edilib.
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov ötən gecə Ankarada "Rusiya türklərin gözü ilə" adlanan sərgidə çıxışı zamanı qətlə yetirilib.