Nazir müavini: "İxracpotensiallı cəmi 110 sahibkarımız fəaliyyət göstərir"
"Azərbaycanda kənd təsərrüfatı sahəsində ixracpotensiallı 110 sahibkar fəaliyyət göstərir". APA TV-nin məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib:
"Amma çox təəssüf ki, bu 110 sahibkardan təxminən 6-nın ixrac imkanları 50 faizdən yüksəkdir. Təxminən 25 sahibkarın ixrac imkanları 90 faiz təşkil edir. Səbəbləri araşdıranda gördük ki, bu, informativ mühitin qənaətbəxş səviyyədə olmaması ilə bağlıdır".
O, bildirib ki, "azexport.az" portalı bu problemlərin aradan qaldırılmasında çox ciddi vasitə olacaq. Sahibkarlar tərəfindən Azərbaycanda ixrac sahəsində tədarük, logistika imkanlarının aşağı olması və istehsal xərclərinin daha yüksək olmasını əsas problem kimi vurğulayan rəsmi qeyd edib ki, bu portalın texniki imkanları müvafiq logistika infrastrukturunun formalaşmasına, dünyada baş verən proseslərin çevik çatdırılmasına və buna daha tez reaksiya verməyə imkan yaradacaq".