Tərtərdə qətl: keçmiş arvadının sevgilisini öldürdü
Tərtərdə keçmiş ər arvadının sevgilisini qətlə yetirib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Cəlil Məmmədquluzadə küçəsindəki 86 nömrəli evdə baş verib.
Əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşamış Tərtər şəhər sakini, 44 yaşlı Vüqar Tofiq oğlu Hüseynov keçmiş həyat yoldaşı Cəmilə Şahin qızı Əhmədovanın kirayədə yaşadığı həmin evə gəlib. O, Cəmilə və onun ər-arvad münasibətində yaşadığı Kəlbəcər rayon sakini, 1981-ci il təvəllüdlü Qaraxan Rövşən oğlu Tanrıverdiyev ilə mübahisə edib. Mübahisə zəminində Vüqar Hüseynov Qaraxan Tanrıverdiyevə 2 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi açılıb. Vüqar Hüseynovun saxlanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.