İstanbul və Kayseri terrorunu törədənlər bəlli oldu - PKK İMZASI

PKK terror təşkilatı ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması Kayseridəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APATV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 3 gün əvvəl Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 55 nəfər yaralanıb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.   

TAK qruplaşması  dekabrın 10-da İstanbulun mərkəzindəki “Vodafon” stadionunun qarşısında törədilən iki partlayışa görə də məsuliyyəti öz üzərinə götürüb. Həmin partlayışlar nəticəsində 44 ölüb, 38 nəfər yaralanıb. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə