Çavuşoğlu Kerriyə: "Rusiya da bilir, biz də..."

ABŞ və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə həm Rusiya, həm də Türkiyə mətbuatı xəbər yayıb.

Dövlət katibi Moskvada səfərdə olan Türkiyə XİN başçısına Rusiya səfirinin Ankarada qətlə yetirilməsi səbəbindən kədərləndiklərini və Sergey Lavrova başsağlığı verdiyini deyib.

Mövlud Çavuşoğlu Con Kerriyə baş verən hadisənin arxasında FETÖ terror təşkilatının dayandığını həm Rusiyanın, həm də Türkiyənin bildiyini deyib.

Xatırladaq ki, bu gün Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə Suriya danışıqları baş tutub, tərəflər bəyannamə qəbul edib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə