Xaçmazda minik maşını "QAZel"i aşırdı, 3 ton alma zay oldu

Xaçmazda yük avtomobilinin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama magistralının, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində qeydə alınıb.

Hadisəyə səbəb 90-CV-266 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil olub. Ötmə əməliyyatı zamanı həmin avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edən 90-FR-487 dövlət nömrə nişanlı “QAZel” markalı yük avtomobilini yoldan çıxardaraq qəza törədib. Nəticədə yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində yük avtomobilində olan 3 tona yaxın alma ətrafa dağılıb.

Hazırda faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan