Ermənistanda hər 4 nəfərdən biri ölkədən gedir - STATİSTİKA
Ermənistanda hər dörd nəfərdən biri ölkəni tərk edib. APA TV-nin məlumatına görə, bu, "Pew Research Center" araşdırmalar mərkəzinin sorğusu nəticəsində məlum olub.
Araşdırma 2015-ci ildə BMT-nin statistik göstəriciləri əsasında aparılıb.
Ermənistandan əlavə, dünyanın 5 ölkəsinin əhalisini itirməkdə davam etdiyi vurğulanır.
Ermənistan Statistika Xidməti isə bu ilin oktyabrın 1-ə ölkə əhalisinin 2 milyon 993 min 900 nəfər olduğunu açıqlayıb. Bu göstərici cari ilin 1 yanvar tarixində 2 milyon 998 min 600 nəfər olub. Məlum olub ki, ölkəni 10 ay ərzində 5 minə yaxın vətəndaş tərk edib.