Bakıda türk diplomatın 15 yaşlı qızı intihar etdi - YENİLƏNİB

Bakıda intihar olub. APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.

İntihar edən yeniyetmənin türk diplomatının qızı olduğu müəyyənləşib. Onun atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır. 

 

İlkin məlumata görə, o, təhsil aldığı liseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb. Onun bu səbəbdən intihar etdiyi bildirilir.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə