Dollar, avro və rubl bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 20-si ilə müqayisədə artaraq 1,7575 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8300 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1759 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində də artım baş verib.


Rusiya milli valyutası və Türkiyə lirəsi dəyər qazanıb. Hazırda 1000 rubl 28 manat 7 qəpik, 100 türk lirəsi isə 49 manat 82 qəpik təşkil edib.

 

Gürcüstan larisinin məzənnəsi geriləyib. 100 gürcü larisinin dəyəri bugünkü məzənnə ilə 62 manat 61 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə üç günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd