Müxaliflər Əl Bab-Hələb yolunu bağladı: döyüşlər gedir
Suriyanın şimalında türk ordusuna hücum olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, "Fərat qalxanı" hərəkatının 120-ci günündə İŞİD terrorçularının hücumu nəticəsində 4 türk hərbçisi, bir müxalif yaralanıb. Yüngül yara alan hərbçilər Türkiyəyə gətirilib.
Hadisə hərbçiləri daşıyan avtomobilin keçdiyi vaxt yolda əldəqayırma bomba partlaması nəticəsində baş verib.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Əl Bab bölgəsində İŞİD terror təşkilatına aid 48 hədəfi məhv edib. Hava zərbələri nəticəsində 15 terrorçu zərərsizləşdirilib.
Azad Suriya Ordusuna məxsus xüsusi təyinatlılar havadan və qurudan güclü atəş dəstəyi ilə Əl Bab - Hələb yolunda tam nəzarəti ələ keçirib