Rusiya Suriyaya zirehli texnika korpusu göndərdi - SƏFİRİN ÖLDÜRÜLMƏSİNƏ CAVAB

Rusiya səfirinin öldürülməsindən sonra Suriyaya zirehli avtomobil və tanklardan ibarət konvoy göndərib.

 

APA TV-nin məlumatına görə, Rusiyaya aid təxminən 100 hərbi avtomobilin olduğu maşın karvanı dünən günorta saatlarında Ceble şəhərinə çatıb.

 

"Al Masdar"ın yerli mənbələrə istinadən xəbərinə görə, 30-dan artıq T-90 tankı və onlarla zirehli avtomobil Cebledən Latakiyadakı Hmeymim hərbi bazasına gedib. Konvoyda T-72 tipli tank və digər hərbi texnikanın olduğu bildirilir.

 

Rusiyanın Suriyadakı müharibəyə daxil olmasının ardından ilk dəfə belə böyük ölçülü bir birliyi bölgəyə göndərdiyi qeyd olunur. Rus hərbçilərin hansı cəbhədə yer alacağı hələlik bəlli deyil.

Müəllif | Apa.Tv
Elvin Bayramlı