Ayaqqabılarında 120 min dollar aparan Rusiya vətəndaşları saxlanıldı
Rusiya vətəndaşlarının üzərində 120 min ABŞ dolları aşkar olunub.
APA TV-nin Gömrük Komitəsinin saytına istinadən xəbərinə görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama nəticəsində həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120 min ABŞ dolları aşkar olunaraq götürülüb.