Türk ordusu Əl Baba girdi, İŞİD-lə küçə döyüşləri başladı

Türkiyə Silahlı Qüvvələrinə məxsus birliklər Əl Bab şəhərinə girib. APA TV-nin məlumatına görə, verilən açıqlamada şəhər içərisində döyüşlər davam etdiyi bildirilir.

 

"Bölgədəki topçu birliklərimiz və digər vasitələrlə Əl Bab bölgəsində müəyyən olunan İŞİD-ə məxsus hədəflər ağır atəş altına alınıb. Terrorçulara aid 8 ədəd müxtəlif "Pikap" tipli avtomobil məhv edilib" - deyə məlumatda bildirilir.

 

Səhər saatlarında türk ordusunun itkilərinin də şəhər mərkəzində gedən döyüşlərdə verildiyi deyilir. Terrorçuların mövqeləri qırıcılar, o cümlədən top və tanklarla vurulur. Çoxlu sayda yaralı və öldürülən terrorçuların olduğu qeyd olunur.

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı