İran prezidenti İrəvanda: "Biz Ermənistanı dost ölkə hesab edirik"

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana rəsmi səfərə gəlib.

 

APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan onu aeroportda, təyyarənin qarşısında qarşılayıb.

Təkbətək görüşdən sonra nümayəndə heyətləri geniş tərkibdə bir araya gəlib.

"Mən İrəvana səfərimdən olduqca məmnunam. Biz Ermənistanı dost ölkə hesab edirik", - deyə Ruhani bildirib.

Ruhani əlavə edib ki, Ermənistan və İran eyni mədəniyyətə və sivilizasiyaya malik ölkələrdir.

Serj Sarkisyan isə İran prezidenti Həsən Ruhaninin Ermənistana ilk səfərindən məmnun olduqlarını bildirib. O, Həsən Ruhanini ermənilərin əziz qonağı adlandırıb və bu səfərin əlaqələrin daha da inkişafına böyük təkan və yeni nəfəs verəcəyinə inandığını söyləyib. Sarkisyan İran dövlətinə Ermənistana hər zaman verdiyi dəstəyə görə minnətdarlıq ifadə edib. Ermənistan prezidenti bu dostluğa həmişə sadiq qalacaqlarını dilə gətirib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov