Həsən Ruhani: "Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil"

İrəvanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalar verib.

 

APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, İranın dövlət başçısı münaqişənin hərbi yolla həllinin mümkün olmadığını qeyd edib.

"Bizim üçün həm Ermənistan, həm də Azərbaycan dost, qonşu ölkələrdir və biz ümid edirik ki, regionda sülh və sabitliyin şahidi olacağıq. Bu bütün bölgə üçün vacibdir və müsbət nəticələri olacaq. Biz istəyirik ki, bu münaqişə yalnız sülh yolu ilə həll olsun", - deyə Ruhani qeyd edib.
 

"Ermənistan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarazlaşdırılmış mövqeyini yüksək qiymətləndirir". Bu fikirləri isə Serj Sarkisyan bildirib.
 

O deyib ki, İran İslam Respublikası prezidentinə ATƏT Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətindəki səyləri ilə bağlı məlumat verib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov