Kayseri terrorunun təşkilatçısı ələ keçdi

Dekabrın 17-də Kayseridə törədiımiş dəhşətli terror aktının təşkilatçısı Diyarbəkirdə həbs olunub. APA TV-nin məlumatına görə, təşkilatçının kimliyi avtobusun yanında partladılmış maşında aparılan ekspertiza nəticəsində məlum olub. Maşında aşkarlanan əl izləri əsasında bombanı maşına yerləşdirən şəxsin kimliyi müəyyənləşib. Adana və Diyarbəkirdə axtarılan terrorçu bu gün axşam saatlarında Diyarbəkirdəki evində ələ keçib. Kənan Ç. adlı şəxs ifadə vermək üçün Diyarbəkirdən Kayseriyə gətirilib.

Xatırladaq ki, şənbə günü əsgərləri şəhərə aparan avtobusun partladılması nəticəsində 14 hərbçi şəhid olub, 55 hərbçi yaralanıb. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova