Əl-Babda 14 Türkiyə əsgəri şəhid olub, 138 terrorçu məhv edilib

Suriyanın Əl-Bab bölgəsində gedən döyüşlər zamanı 14 türk əsgəri həlak olub.

 

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

 

Bundan əlavə 18 əsgərin yaralandığı, onlardan 6-nın vəziyyətinin ağır olduğu qeyd edilir. 

 

Əl-Bab bölgəsində gün ərzində aparılan döyüşlərdə 138 terrorçu məhv edilib.

 

Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.

 

Müəllif | Apa.Tv