Xalq artisti Muxtar Maniyev vəfat etdi

Xalq artisti Muxtar Maniyev uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

 

APA TV-nin xəbərinə görə, şəkərli diabet xəstəliyindən əziyyət çəkən xalq artistinin üzərində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparılıb. Ötən ilin avqustunda Muxtar Maniyevin sol ayağı, bu ilin martında isə sağ ayağı diz nahiyəsindən amputasiya olunmuşdu.

 

Muxtar Maniyev Azərbaycan kinosunda unudulmaz obrazlar yaradıb. 157 filmə çəkilən xalq artisti bir sıra televiziya tamaşalarında yaratdığı rollarla yadda qalıb. 81 yaşlı xalq artisti bu gün torpağa tapşırılacaq.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Ayşən Əhməd