Dollar və rubl dəyişmədi, avro ucuzlaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 21-si ilə müqayisədə dəyişməyərək 1,7575 manat təşkil edib.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8344 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1723 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində azalma baş verib.


Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi bahalaşıb, Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rubl 28 manat 7 qəpik, 100 türk lirəsi isə 50 manat 04 qəpik, 100 gürcü larisi 62 manat 48 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə üç günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı