Dolların məzənnəsi 1,76 manatı ötdü - HƏRRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

 

Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7575 məzənnəsi ilə başlayıb və 1,7620 məzənnəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, AMB bu günə USD/AZN rəsmi məzənnəsini 1,7575 səviyyəsində müəyyənləşdirib.

 

Müəllif | Apa.Tv
Apa.tv