Maşınlara məhərrəmliklə bağlı yazı və şəkil vuran SÜRÜCÜLƏR CƏZALANDIRILACAQ

Noyabrın 5-dən Məhərrəm ayı başlayır. Məhərrəm ayı 40 gün davam edəcək. Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər. Hicrətin 61-ci ilində Kərbəla olaylarından sonra qeyd olunmağa başlayan Məhərrəmlik mərasimləri bu gün də dünyanın müxtəlif bölgələrində qeyd olunur. Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ildə Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır. Müsəlman aləmində ağır aylardan sayılan 40 gün və ondan sonrakı “Səfər ayı” deyilən 10 gün ərzində müsəlmanlar şadlıq mərasimləri keçirmir, müxtəlif xeyriyyə aksiyaları təşkil olunur.

 

Haram ay kimi tanınan bu ayda savaş etmək, müharibələrə qoşulmaq günah sayılır. İlahiyyatçı Hacı Surxay APA TV-yə deyib ki, bu ayda burmənalı olaraq şadlıq mərasimləırinin keçirilməsi yasaqdır. Din alimlərinin dediyinə görə, bu ayda toy-nişan edənlər heç vaxt xoşbəxt ola bilməz. Digər tərəfdən bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir.

 

Qafqaz Müsəlmanları  İdarəsinin fətvasına görə, bu il aşura günü noyabrın 14-nə təsadüf edir. Fətvada bildirilir ki, həmin gün müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir: "Zəncir vurmaq heç bir yerdə qəbul olunmur. Ancaq İmam Hüseyn şəhidlərinin ruhuna sinə vrumaq olar, qan çxıarmaq olmaz".

 

Artıq 8 ildir, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura məraismlərində qanvermə aksiyaları təşkil olunur. Bu il də məscid və xəstəxanalarda bu cür  aksiyalar həyata keçiriləcək .

 

Son illərin təcrübəsində Məhərrəm ayında nəqliyyat vasitələrinin üzərində bu ayda müxtəlif şəkillər, yazılara rast gəlinir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı bir sıra qadağalar qoyub. İdarənin şöbə rəisi Vaqif Əsədov deyib ki, bunu edən sürücülər cəzalandırılacaq.

 

Müəllif | Apa.Tv