Moskva metrosunda partlayış oldu

Moskvada qaz balonu güclü partlayışa səbəb olub. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisə "Kolomenskaya" metro stansiyasının təmir işləri gedən vestibülü qarşısında baş verib.


Partlayış anını ərazidən keçən avtomobildə quraşdırılmış kamera qeydə alıb.

 

Qaz balonunun partlaması 5 kvadratmetr sahədə yanğına səbəb olub. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.  Eyni zamanda yaxınlıqda yerləşən obyektlərə də ciddi ziyan dəyib.

 

Faktla bağlı Moskva şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov