Putin səfir Karlovun dəfn mərasiminə qatıldı
Ankarada qətlə yetirilən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla vida mərasimi keçirilib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, mərasim Rusiya Xarici İşlər Nazirliyinin binasında təşkil olunub.
Tədbirdə Rusiyada fəaliyyət göstərən xarici diplomatik korpusların rəhbərləri və diplomatlar iştirak ediblər.
Səfirlə vidalaşmağa Rusiya prezidenti Vladimir Putin gəlib.
Xatırladaq ki, Vladimir Putin qətlə yetirilən Andrey Karlovu ölümündən sonra "Rusiya Qəhrəmanı" ordeni ilə təltif edib.