Suriyada şəhid olan türk hərbçilərinin sayı artdı

Suriyanın Əl-Bab şəhərində şəhid olan türk hərbçilərinin sayı 16-ya yüksəlib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, altısı ağır olmaqla 33 hərbçi yaralıdır.

 

Şəhid hərbçilərdən biri mayor rütbəli Bülent Albayrakdır. Türk ordusu əsas itkini terrorçuların bombalı avtomobillə hücumu nəticəsində verib.

 

Yaralı hərbçi və müxaliflər Türkiyə xəstəxanalarında müalicə olunur.

 

Əl-Babda aparılan döyüşlərdə 138 terrorçunun məhv edildiyi bildirilir.

 

Xatırladaq ki, avqustun 24-də başladılan "Fərat qalxanı" əməliyyatında şəhid olan türk hərbçilərinin sayı 37-yə çatıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı