Moskva polisi Rusiyada xilafət yaratmaq istəyən qrupu belə tutdu - ƏMƏLİYYAT ANI

Moskvada“Təbliği camaat” ekstremist təşkilatının yeddi üzvü saxlanılıb. Saxlanılanlardan altısının Qırğızıstan, birinin isə Rusiya vətəndaşı olduğu bildirilir. 

APA TV-nin görə, bu barədə FTX Regional İdarəsinin məlumatında bildirilir. 

Həmin şəxslər qruplaşmaya yeni üzvlər cəlb edərək onlarla “ideoloji maarifləndirmə” işi aparıblar. Sonradan onlar Əfqanıstan və Pakistandakı təlim düşərgələrinə göndərilib.

“Təbliği camaat” ekstremist təşkilatının məqsədi Rusiyada xəlifət yaratmaqdır. Beynəlxalq terror təşkilatlarını dəstəkləyən qruplaşmaya əcnəbi vətəndaşlar başçılıq edir.  

Rusiya Ali Məhkəməsi 2009-cu ildə “Təbliği camaat” təşkilatının ölkədə fəaliyyətinə qadağa qoyub. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə