Əli Həsənov: "Rusiyadakı azərbaycanlıların taleyindən narahatıq" - AÇIQLAMA

“Rusiyada baş verən son proseslərlə bağlı orada yaşayan azərbaycanlıların taleyindən narahatıq”.

 

Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri vurğulayıb ki, hazırda Rusiya hökuməti məsələnin həlli ilə məşğuldur: "Rusiyada bu proseslərin bi r qismi kortəbii şəkildə meydana çıxır. Rusiya əlbəttə ki, bu proseslərin, xüsusən qeyri-ruslara qarşı müxtəlif formalarda təzahür edən çıxışların onun beynəlxalq nüfuzuna nə qədər zərbə vurduğunun, nə qədər mənfi çalarlar gətirdiyinin fərqindədir. Eyni zamanda görünən də odur ki, Rusiya hakimiyyəti prosesləri idarə etməyə çalışır, bu sahədə müəyyən tədbirlər görülür”.

 

PA rəsmisi bu hadisələrdən Azərbaycanın Gömrük İttifaqına daxil olması üçün Rusiyanın rəsmi Bakıya təzyiq vasitəsi kimi istifadə etməsi barədə bəzi dairələrin iddialarına da cavab verib: “Düşünmürəm ki, Rusiya Azərbaycana qarşı belə qeyri-populyar, təhlükəli, beynəlxalq aləmdə ciddi formada mənfi qarşılanan təzyiq və təsir vasitələrindən istifadə etsin. Rusiya hökumətinin Azərbaycana təzyiq etməyə əsası da yoxdur".

 

Əli Həsənov bildirib ki, yaradılan ittifaqlar, irəli sürülən təşəbbüslər, MDB çərçivəsində həyata keçirilən inteqrasiya prosesləri könüllülük əsasında aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv