Tramp: "ABŞ nüvə potensialını gücləndirməlidir"
"ABŞ nüvə potensilanı gücləndirməlidir". APA TV-nin məlumatına görə, bunu ölkənin yeni seçilmiş prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
"Amerika nüvə arsenalını gücləndirməli və genişləndirməlidir. Bu vacibdir. Bu, o vaxta qədər davam etməlidir ki, dünya nüvə silahlarına olan münasibətini dəyişsin", - deyə o qeyd edib.
O, bu istiqamətdə hansı addımlar atacağını açıqlamayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya tərəfi bu sahədə Trampla məhsuldar dialoqun başlanacağına ümid etdiyini bildirib.