Türkiyə parlamentinin vitse-spikeri tutuldu və buraxıldı
Türkiyədə PKK-ın siyasi qolu olan Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili saxlanılıb.
APA TV-nin “Hürriyet”ə istinadən xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan bu gün səhər evində tutulub.
Millət vəkili özünün “Twitter” hesabında “saxlanıldım” deyə yazıb.
İstanbulun Bakırköy rayon polisində dindirilən Pərvin Buldan ifadə verəndən sonra sərbəst buraxılıb.