İstanbulda İŞİD-ə qarşı əməliyyat: 31 nəfər saxlanıldı
İstanbulda İŞİD-ə qarşı əməliyyata başlanılıb. APA TV-nin xəbərinə görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu İŞİD-ə qarşı keçirilən əməliyyat çərçivəsində haqqında saxlanılma qərarı verilən 41 nəfərdən 31-ni ələ keçirib.
Prokurorluğun qərarı ilə hərəkətə keçən polis saxlanılan 31 nəfəri İstanbul Əmniyyət Müdirliyinə təhvil verib. Digər 10 şübhəli isə axtarış aparılan məkanlarda olmayıb. Onların axtarışı davam edir.
Qeyd edək ki, saxlanılanlar 41 şübhəli silahlı terror qruplaşmasına üzv olmaqda günahlandırılır.