Bakıda külək əsəcək, bölgələrdə qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

APA TV-nin məlumatına görə, gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 1-4 dərəcə isti, gündüz  6-9 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli