Rusiya Suriyada daimi atəşkəsin əldə edilməsini istəyir

Rusiya gələn ilin yanvarında Qazaxıstanın paytaxtı Astanada baş tutacaq toplantıda Suriyada daimi atəşkəsin əldə edilməsini müzakirə edəcək.

 

APA TV-nin xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.

 

O, toplantıya Türkiyə və İranın da qatılacağını söyləyib.

 

Xatırladaq ki, Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Serqey Lavrov və Cavad Zərif bu həftə Rusiyanın paytaxtı Moskvada görüşüb. Nazirlər Suriyada atəşkəsin əldə edilməsinə dəstək nümayiş etdirib.

 

Müəllif | Apa.Tv