Xaçmazda 63 yaşlı kişi yanaraq öldü
Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, yanğın rayonun Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 kv. m olan birmərtəbəli, iki otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin və ümumi sahəsi 22 kv. m yardımçı tikilinin yanar konstruksiyaları yanıb.
Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyəti qurumlara təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb, səbəbləri araşdırılır.