Liviyanın sərnişin təyyarəsi qaçırıldı

Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.

 

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, içərisində 118 nəfər olan təyyarə Maltaya enib.

 

İlkin məlumata əsasən, 2 naməlum şəxs təyyarəni partlamaqla hədələyib. Onların tələbləri hələlik bəlli deyil. Bəzi xəbərlərə görə, təyyarədə olan silahlı şəxs tələblərinin yerinə yetiriləcəyi təqdirdə, sərnişinləri buraxacağını bildirib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı