Müdafiə naziri ön xətdə bölmələrin hazırlığını yoxlayıb
Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.
MN-dən APA TV-yə verilən məlumata görə, şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib.
Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.